Yeni reytinq - Millimiz gerilədi
Bizi izləyin

İdman

Yeni reytinq - Millimiz gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, millimiz yeni siyahıda bir pillə geriləyib. Belə ki, ötən ay heç bir matça çıxmayan komandamız hesabındakı 264 xalla 116-cı pilləyə enib.

Bununla da milli komandamız Livan, Sudan, Namibiya kimi futbolu zəif olan ölkələrdən geri qalır.

AÇ-2016-dakı rəqiblərimizin mövqeyində hansısa bir dəyişiklik olmayıb. Malta bizdən sonra, digərləri isə bizdən öndə qərarlaşıb.

İlk onluqda isə heç bir dəyişiklik baş verməyib.

AÇ-2016-dakı rəqiblərimiz

13 (13). İtaliya - 1085

17 (17). Xorvatiya - 977

67 (67). Bolqarıstan - 505

70 (70). Norveç - 491

149 (149). Malta - 158

İlk onluq

1 (1). Almaniya - 1687

2 (2). Argentina - 1494

3 (3). Belçika - 1457

4 (4). Kolumbiya - 1412

5 (5). Braziliya - 1372

6 (6). Hollandiya - 1301

7 (7). Portuqaliya - 1221

8 (8). Uruqvay - 1176

9 (9). İsveçrə - 1135

10 (10). İspaniya - 1132

Oxumağa davam et
Reklam
Reklam

Gündəm