“Tour d’Azerbaidjan-2015"-in ikinci mərhələsinə start verilib
Bizi izləyin

İdman

“Tour d’Azerbaidjan-2015"-in ikinci mərhələsinə start verilib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" veloyürüşünün ikinci mərhələsinə Veloparkdan start verilib.

Publika.az xəbər verir ki, velosipedçilər 187 kilometr məsafə qət etməklə mərhələni İsmayıllıda başa vuracaqlar.

Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Beş gün davam edəcək yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.

İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında ikinci yerdədir.

Veloyürüşün ikinci mərhələsinin ilk hissəsində "Synergy Baku" klubunun nümayəndəsi Maksim Averin birinci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm