Ulduz futbolçunun biznesi iflasa uğradı
Bizi izləyin

İdman

Ulduz futbolçunun biznesi iflasa uğradı

Ulduz futbolçunun biznesi iflasa uğradı

Sankt-Peterburqun “Zenit” klubunun yarımmüdafiəçisi Andrey Arşavin satış avtomatlarının köməyi ilə qida ərzaqlarının satışını həyata keçirdən “Marion” MMC şirkətinin fəaliyyətindən narazı qalıb.

Publika.az xəbər verir ki, Arşavin və Tinqeyev tərəfindən 2004-cü ildə əsası qoyulan şirkət çərəzlərin satılması üçün 20 avtomat quraşdırıb. Ancaq sonradan biznes dalana dirənib.

2012-ci ildə Tinqeyev artıq “Marion”un inkişafı üçün investisiya yatırılmayacağını, elə Arşavinlə əsasını qoyduğu avtomobil biznesi ilə məşğul olmaq istədiyini bildirmişdi.

Arşavin və Tinqeyev avtomobil biznesi ilə 2009-cu ilin aprel ayından məşğul olmağa başlayıblar və o zaman futbolçu və biznesmen “Volkswagen” və “BMW” avtomobillərinin satışını həyata keçirən salon və avtomobil hissələrini satan “BaltAvtoTreyd” MMC şirkətinin əsasını qoyublar.

Birgə layihədə Arşavinin 49% payı vardı. Pyotr Tinqeyev bildirib ki, avtomobil salonuna 15 milyon dollar yatırılıb. Artıq 5 aydan sonra futbolçu layihəni tərk edib.

Pulu ödəyə bilməyən tədarükçü və podratçıya qarşı külli miqdarda məhkəmə iddiaları irəli sürülüb. Məhkəməyə tələblərinin ümumi məbləği 30 milyon rubl olan 50 şirkət müraciət edib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm