Növbəti dünya çempionatı Koreyada keçiriləcək
Bizi izləyin

İdman

Növbəti dünya çempionatı Koreyada keçiriləcək

Rusiya Federasiyasının Çelyabinsk şəhərində Dünya Taekvondo Federasiyasının (DTF) 26-cı Baş Assambleyası keçirilib.

Publika.az xəbər verir ki, Assambleyada çıxış edən DTF-nin prezidenti Çunqvon Ço qarşıdan gələn dünya çempionatının Çelyabinsk şəhərində təşkil olunmasına görə Rusiya Taekvondo İttifaqının prezidenti Anatoli Terexova minnətdarlığını çatdırıb.

Assambleyada, həmçinin gündəlikdə olan məsələlər müzakirə olunub. Tədbirin ən önəmli hadisələrindən biri isə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın Dünya Taekvondo Federasiyasının (WTF) və Beynəlxalq Taekvondo Federasiyasının (ITF) yeni yaranmış əməkdaşlığına dair video görüntülü təbrikinin təqdimatı olub. Çunqvon Ço DTF-nin yeni təyin olunmuş baş katibi Hos Rafateni taekvondo ictimaiyyətinə təqdim edib.

Sonda isə növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı elan olunub. 2017-ci ildə təşkil olunacaq dünya çempionatı Koreya Respublikasının Muçu şəhərində keçiriləcək.

Tədbirdə ölkəmizi ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm