Elçi: “Avropa Oyunlarında ümidləri doğrultmaq istəyirəm”
Bizi izləyin

İdman

Elçi: “Avropa Oyunlarında ümidləri doğrultmaq istəyirəm”

Elgün Əlizadə İlk Avropa oyunlarında Azərbaycanın 11 elçisindən biridir. 7 ildir ki, velosiped idmanı ilə məşğul olan Elgün I Avropa Oyunlarında ölkəmizi velosiped idmanının şose növündə təmsil edəcək namizədlərdəndir.

O, Publika.az-a açıqlamasında ölkəmizi layiqli şəkildə təmsil edib ona olan ümidləri doğrultmaq istəyir:

“Qarşımda duran əsas hədəfim İlk Avropa Oyunlarında Azərbaycanı layiqli şəkildə təmsil etməkdir. Mənə olan ümidləri doğrultmaq istəyirəm. Bu yarışda özümü ilk 20-likdə görürəm. Əlbəttə ki, məşqçilərim də yaxşı çıxış edəcəyimə inanırlar. Ümid edirəm ki, onlarını inamını qırmaram”.

Qeyd edək ki, şose velosipedi idmanı üzrə yarışlar iyunun 18-dən 21-dək davam edəcək. Bu yarışlarda 146 kişi və 75 qadın velosipedçi iştirak edəcək. Həm qadınlar, həm də kişilər arasında şose velosipedi yarışları start və finiş xətti Azadlıq Meydanında olmaqla Bakının mərkəzi hissəsini əhatə edən dairəvi yolda keçiriləcək. Fərdi zamana qarşı velosiped yarışları isə Bilgəh Çimərliyində keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm