Yozef Blatter istefa verdi
Bizi izləyin

İdman

Yozef Blatter istefa verdi

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter istefa verdiyini açıqlayıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Blatter istefa qərarını bu gün keçirdiyi təcili mətbuat konfransında elan edib.

“Seçkilər bitdi, amma çağırışlar bitmədi. FİFA-nın yenidən strukturlaşdırılması lazımdır, təşkilatın nümayəndələri mənə mandat verdilər. Amma FİFA-nın başqa üzvləri tərəfindən dəstəklənmirəm. Buna görə də mənim davamçımı seçmək üçün mümkün qədər tez xüsusi konqresi çağırmağı xahiş edirəm”,

Qeyd edək ki, Blatter FİFA-ya 1998-ci ildən başçılıq edirdi. O, 4 gün əvvəl beşinci dəfə quruma prezident seçilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm