Ramin Musayev Mais Mənsimova böhtan atıb
Bizi izləyin

İdman

Ramin Musayev Mais Mənsimova böhtan atıb

Ramin Musayev Mais Mənsimova böhtan atıb

Bir müddət əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlama ilə geniş müzakirələrə yol açmışdı.

Xatırladaq ki, PFL prezidenti, Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarına təyinat almamasına münasibət bildirərkən vurğulamışdı ki, bu addımı cənub klubunun prezidenti Mais Mənsimovun xahişi ilə atıblar: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir.

Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”. (http://publika.az/p/2755 )

Publika.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəl dediklərini danıb. Daha doğrusu, Musayev Mais Mənsimovun ondan belə bir xahiş etmədiyini bildirb.

PFL prezidenti “Futbol+” qəzetinə verdiyi müsahibədə mətbuata yalan informasiya verdiyini, Mais Mənisomva böhtan atdığını etiraf edib: “Bunu elə-belə söyləmişdim. Xahiş edirəm, bunun üstünə bu qədər də getməyin.

Heç bir klub bizdən belə xahiş edə bilməz. Məgər mən hansısa kluba deyirəm ki, 300-400 minə aldığın futbolçunu niyə oynatmırsan? Bu, onların daxili işidi. Biz də həmişə çalışırıq ki, təşkil etdiyimiz çempionatda əlavə söz-söhbət yaranmasın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm