Qazaxıstandan qızıl medal
Bizi izləyin

İdman

Qazaxıstandan qızıl medal

Astanada (Qazaxıstan) bədii gimnastika üzrə beynəlxalq turnir “Juldız Kuboku” keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanı bu turnirdə böyüklər proqramında Ayşən Bayramova və Zeynep Celep, yeniyetmələr proqramında isə Jalə Piriyeva və Veronika Qudis təmsil edib.

Yarışlar halqa, gürzlər və lent ilə hərəkətlərinə görə 3 qızıl medal qazanan Ayşən Bayramovanın parlaq çıxışları ilə yadda qalıb. Top ilə çıxışında Ayşən bürünc medalla kifayətlənib. Hər 4 çıxışın nəticəsinə əsasən gimnastımız 3-cü yerdə qərarlaşıb.

Yeniyetmələr arasında Avropa Çempionatı 2014-ün gümüş mükafatçısı Jalə Piriyeva çoxnövçülükdə və halqa ilə çıxışına görə qızıl medal əldə edib. O, həmçinin top və iplə hərəkətlərdə iki bürünc medal qazanıb. Komanda yoldaşı Veronika Qudis çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb.

Həftəsonu batutçularımız da öz qüvvələrini sınayıblar. Qeyd etməyə dəyər ki, Svetlana Makştaryova və Sabina Zaytsevanın dueti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Kuboku mərhələsində medalın bir addımlığında dayanaraq, 4-cü yerdə qərarlaşıblar.

Məlumat üçün bildirək ki, Avropa Oyunları zamanı Gimnastika yarışları 6 gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək.

Milli Gimnastika Arenasında keçiriləcək gimnastika yarışlarında ölkəmizi Ayşən Bayramova, Aynur Mustafayeva, Nigar Abdusalimova, Səbinə Abbasova, Marina Durunda, Diana Doman, Aliaksandra Platonova, Siyana Vasileva (ritmik gimnastika), Yuliya İnşina, Kristina Pravdina, Marina Nekrasova, Eldar Səfərov, Petro Paxnyuk, Oleq Stepko (artistik gimnastika), Elçin Məmmədov, Vladimir Dolmatov, Vera Bosikh, Timur Alekperov, Yekaterina Kotliarova (aerobik gimnastika), Lalə Hüseynova, Aynur Hüseynova, Nərmin Ramazanova, Uliana Diakova, Anatoli Leonov (akrobatik gimnastika), İlya Qrişunin, Oleq Piunov, Sabina Zaitseva, Sviatlana Makshtarova (tramplin) təmsil edəcəklər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm