“Qəbələ” Türkiyəyə yola düşüb
Bizi izləyin

İdman

“Qəbələ” Türkiyəyə yola düşüb

Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” təlim-məşq toplanışına start verib.

Publika.az xəbər verir ki, 2014/15 mövsümünün bürünc mükafatçısı bu məqsədlə Türkiyəyə yollanıb.

Yay hazırlığına Azərbaycan hamədan tez toplaşan “Qəbələ” məşqlərini iyunun 19-dək Ərzurum şəhərində keçəcək. Baş məşqçi Roman Qriqorçuk bu müddətdə yetirmələrini iki yoxlama görüşündə sınamağı da planlaşdırır. “Qırmızı-qaralar” iyunun 19-da vətənə dönəcək. İki günlük istirahətdən sonra Qəbələdə toplaşacaq komanda toplanışın ikinci mərhələsini ayın sonuna qədər doğma məkanda keçəcək.

Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçilərimiz kimi, “Qəbələ” də mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 2-də, cavab görüşü isə 9-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm