Avstriya televiziyası ilk Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayacaq
Bizi izləyin

İdman

Avstriya televiziyası ilk Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayacaq

Avstriyanın ən böyük teleradio şirkəti olan ORF televiziyasının ORF SPORT + kanalı iyunun 12-də “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayacaq.

Telekanalın Avstriya Mətbuat Agentliyi vasitəsilə yaydığı xəbərdə həmçinin Avropa Oyunlarında iştirak edən Avstriya idmançıları barədə məlumat yer alıb. Qeyd olunub ki, yarışlara 145 Avstriya atleti qatılacaq və onlar 12-dən artıq idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. “Bakı-2015” avstriyalı idmançılar üçün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələrin əldə edilməsi üçün mühüm beynəlxalq idman turniri olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm