Dünya ulduzlarının törətdiyi dəhşətli qəzalar - FOTOLAR
Bizi izləyin

İdman

Dünya ulduzlarının törətdiyi dəhşətli qəzalar - FOTOLAR

Bir neçə gün əvvəl Çili futbolunun əfsanələrindən sayılan Artur Vidal dəhşətli qəza törətdi.

Publika.az xəbər verir ki, “Yuventus”un futbolçusu həyat yoldaşının da olduğu “Ferrari”ni sərxoş vəziyyətdə idarə edərkən, idarəetməni itirib. Futbolçu və yoldaşı qəzadan kiçik xəsarətlə canını qurtarıb. Ancaq avtomobilə ciddi ziyan dəyib. Bu, tanınmış idmançıların iştirakı ilə baş verən ilk belə hadisə deyil. Vidala qədər də bir neçə məşhur idmançı dəhşətli qəza ilə üzləşsə də, kəfəni yırtmağı bacarıb. İndiyə qədər məşhur idmançıların düşdüyü ən dəhşətli qəzalardan bir neçəsi barədə məlumatı təqdim edirik:

2009-cu ilin yanvarında daha bir çilili futbolçu Qari Medel qəza törətmişdi. Onun idarə etdiyi “Toyota RAV4” markalı avtomobil yararsız hala düşmüşdü.

2009-cu ilin yanvarında “Real”ın ulduzu Kriştiano Ronaldo da qəzaya düşmüşdü. Onun “Ferrari”sinin ön hissəsi tamamilə dağılmışdı.

2009-cu ilin sentyabrında Niklas Bendtner qəza törətdi. Onun idarə etdiyi “Aston Martin” qəzadan sonra elə vəziyyətdə idi ki, burdan kiminsə sağ çıxdığına inanmaq olmurdu.

2009-cu ilin dekabrı. “Real”ın fransız futbolçusu Kərim Benzema ölümdən dönür. Qəzadan sonra onun “Audi Q7”-si yararsız vəziyyətə düşmüşdü.

2010-cu ilin avqustu. Andersonun idarə etdiyi “Audi R8” qəzadan sonra tikə-tikə olmuşdu.

2010-cu ilin avqustu. Mario Balotelli qəzadan xəsarətsiz qurtuldu. Futbolçunun idarə etdiyi “Audi R8” də tam yararsız vəziyyətə düşmüşdü.

2011-ci ilin apreli. Sesk Fabreqasın özünün bəxti gətirsə də, avtomobilinə ciddi ziyan dəymişdi. Güman ki, Fabreqas daha bu “Mercedes”dən istifadə etmir.

2012-ci ilin yanvarında “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku ağır qəzaya düşdü. Luçesku qəza zamanı ciddi xəsarət almışdı. Onun idarə etdiyi “KIA Sorento” isə yəqin ki, metal kimi istifadə olunub.

2014-cü ilin mart ayı. Ever Baneqanın idarə etdiyi “Ferrari” tamamilə yanmışdı.

2015-ci ilin iyunu. Bu də hələ ki, məşhur idmançıların törətdiyi sonuncu qəza. Artur Vidal “Ferrari”sinin bu durumuna baxandan sonra çətin ki, bir də sərxoş halda avtomobil idarə etsin.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm