Azarkeşlərə bəd xəbər - Şərtlərdə qadağalar var
Bizi izləyin

İdman

Azarkeşlərə bəd xəbər - Şərtlərdə qadağalar var

Azarkeşlərə bəd xəbər - Şərtlərdə qadağalar var

Ruslan Abışovun forma geyindiyi "Rubin"in stadionunda azarkeşlər üçün sərt qayda tətbiq olunacaq. Qanunvericilikdə edilmiş dəyişikliyə görə, bundan sonra azarkeşlərin stadionda davranış qaydaları sərtləşdirilib.
Publika.Az xəbər verir ki, azarkeşlər arenaya banner, bayraq, baraban və meqafon gətirmək üçün mütləq klubun razılığını almalıdırlar:

1. Stadiona baraban və ya meqafon gətirmək üçün 20 nəfərdən az olmayan qrup adından kluba yazılı məlumat verilməlidir. Məlumatda məsuliyyəti üzərinə götürən şəxsin ad-soyad və koordinatları göstərilməlidir.
2. Bayraq və bannerlərin yanğınəleyhinə təhlükəsizlik sertifikatı olmalıdır.
3. Bannerlərdə yazılar əcnəbi dildə olarsa, yanında mütləq klubun təsdiqlədiyi tərcüməsi yazılmalıdır.
4. Bütün bayraq və bannerlər oyuna iki gün qalmışadək klubda qeydiyyatdan keçirilməlidir.
5. Bütün təşkilatlandırılmış aksiyalar klubla razılaşdırılmalıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm