Marina Durunda: "Qələbəmi Azərbaycana həsr edirəm"
Bizi izləyin

İdman

Marina Durunda: "Qələbəmi Azərbaycana həsr edirəm"

"Mən bu qələbəmi bütün Azərbaycana həsr edirəm".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə bədii gimnastika üzrə lentlə hərəkətlərdə gümüş medal qazanan təmsilçimiz Marina Durunda deyib.

O, qeyd edib: "Mən çox xoşbəxtəm ki, öz çıxışımla və qələbəmlə bütün Azərbaycanı sevindirdim. Mənim üçün milli Azərbaycan musiqisinin sədaları altında çıxış etmək çox vacib idi və düşünürəm ki, hər şey alındı".

Gimnastın sözlərinə görə, bir qədər həyəcan vardı, belə ki, öz ölkəndə çıxış etmək heç də asan deyil: "Lakin şadam ki, hər şey alındı. Uğursuz hərəkətlərdən sonra idman qəzəbi yarandı. Lentlə hərəkətlərlə olan sonuncu çıxışım ən məsuliyyətlisi idi, çünki mən sonuncu çıxış edirdim və Avropa Oyunlarında gimnastika yarışlarını bağlayırdım. Mən bacardığımı etməyə çalışırdım, amma bizim idmanda hər şey bizdən asılı deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm