"Azərbaycan bayrağını qaldırmaq istəyirəm"
Bizi izləyin

İdman

"Azərbaycan bayrağını qaldırmaq istəyirəm"

"Yaxşı döyüş oldu. Rəqib çox qapalı döyüşüdü. Adətən belə boksçularla vuruşmaq çətin olur. Ona görə onun hücum etməsini gözləyib əks hücuma keçirdim".

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycanı 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybula Musalov deyib. Növbəti görüşünün belorus idmançısına qarşı keçirəcək təmsilçimiz qalib gəlmək üçün əlindən gələni edəcəyini bildirdi: "Döyüşlərə yaxşı hazırlaşmağa çalışıram. Məqsədim çempion olub Azərbaycan bayrağını qaldırmaqdır. Özüm Dağıstandan olsamda 2011-ci ildən Azərbaycanı təmsil edirəm. Bu ölkə mənə çox şey verib. Özümü azərbaycanlı kimi hiss edirəm. Buna görə də birinci olub bayrağı qaldırıb, himni səsləndirmək istəyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm