Superkuboka bilet satışı dayandırıldı – Haker hücumuna görə
Bizi izləyin

İdman

Superkuboka bilet satışı dayandırıldı – Haker hücumuna görə

UEFA “Barselona” ilə “Sevilya” arasında keçiriləcək Superkubok oyununa onlayn bilet satışını dayandırıb.

Publika.az xəbər verir ki, ali futbol qurumu avqustun 11-də Tbilisidə keçiriləcək qarşılaşmaya bilet satışını xaker hucumuna görə dayandırıb. İyunun 22-də “Biletebi.Ge” portalında onlayn bilet satışına başlanılmalıydı. Amma məlumat verilib ki, səhər saatlarında sayt kiber hücuma məruz qalıb. Bundan əlavə, sayta həddindən artıq istifadəçi daxil olduğundan, yüklənmə baş verib.

Məsələ ilə bağlı açıqlama verən sayt rəhbərliyi problemin aradan qaldırılmasına çalışdıqlarını bildirib. Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sçinava bildirib ki, bilet satışı ilə bağlı saytı UEFA-nın özü seçib. Onun sözlərinə görə, sayt rəhbərliyi bir dəqiqə ərzində 2,5 min bilet satmaq üçün imkanlarının olduğu barədə vəd veribmiş. Bu gün səhər saatlarında sayta 10 min istifadəçi daxil olub və nəticədə portal fəaliyyətini dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm