Teymur Məmmədov: Özümü ikiqat xoşbəxt hiss edirəm
Bizi izləyin

İdman

Teymur Məmmədov: Özümü ikiqat xoşbəxt hiss edirəm

Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də o medalı mənə cənab Prezidentimiz İlham Əliyev təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt hiss edirəm.

Bu sözləri "Bakı-2015" birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycan xalqına qələbə sevinci yaşadan ilk qızıl mükafatçımız Teymur Məmmədov deyib.

Final qarşılaşması barədə danışan Avropa Oyunlarının qalibi qeyd edib ki, döyüş o qədər də ağır keçmədi və mən rəqibimdən güclü idim.

Gələcək planları barədə danışan Avropa Oyunlarının çempionu məşqlərini davam etdirəcəyini vurğulayaraq deyib: "Qarşıma məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.

Teymur Məmmədov deyib: "Məni bu günə qədər dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu qələbəmdə azarkeşlərin də payı var. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, yalnız qələbə uğrunda mübarizə aparıb çempion olmalıyam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm