Mərcdə uduzduğu üçün onu belə “sındırdılar”
Bizi izləyin

İdman

Mərcdə uduzduğu üçün onu belə “sındırdılar”

"Liverpul"un keçmiş futbolçusu Cimmi Karrager "Tottenhem"in braziliyalı legioneri Paulinyoya güvənməklə özünü işə salıb.

Publika.az xəbər verir ki, "Sky Sports"da ekspert kimi çalışan Karrager 2014/15 mövsümünün əvvəlində Qarri Nevillə mərc gəlib. O, Paulinyonun mövsüm ərzində 15 qol vuracağını bildirib. Nevill isə bunun əksini iddia edib.

Braziliyalı mövsüm ərzində cəmi 6 qol vurmağı bacarıb. Qarri Nevill "tvitter"də bununla bağlı yazdığı statusda mərcin şərtini də açıqlayıb:

"Karrager bir gün ərzində Nevillin "Mançester Yunayted"dəki formasında gəzməlidir. O, mərci uduzub. Paulinyo 15 qol vura bilmədi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm