Dünya Çempionatı Rusiyada keçirilməyə bilər
Bizi izləyin

İdman

Dünya Çempionatı Rusiyada keçirilməyə bilər

Dünya Çempionatı Rusiyada keçirilməyə bilər

Amerikalı senatorlar 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Rusiyadan alınmasını təklif edir.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu təkliflə senatorlar Mark Kerk və Den Kouts çıxış ediblər.


Onlar FİFA prezidenti Zepp Blaterə məktub ünvanlayaraq Rusiya yığmasını DÇ-214-dəki iştirakını dondurmağa və 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi Dünya Çempionatının başqa ölkəyə verilməsini irıəli sürüblər.


Kerk və Kouts öz məktublarında Rusiyanın Ukraynaya qarşı aqressiyasının FİFA-nın prinsiplərinə zidd olduğu xatırladıblar.

“İsətnilən ölkəyə yaxud qrupa qarşı diskriminasiya qadağandır və həmin ölkənin təşkilata üzvlüyünün dondurulmasını yaxud ləğvini nəzərdə tutu”-deyə senatorlar FİFA nizamnaməsinin 3-cü müddəasına istinadən ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm