Futbolda əcaib hesab - 38:0
Bizi izləyin

İdman

Futbolda əcaib hesab - 38:0

Sakit okean hövzəsi ölkələrinin iştirakı ilə keçirilən futbol turnirində yeni rekord qeydə alınıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gələrək beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar.

Qollardan onunu bir futbolçu - Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub.

Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsuldar qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya - Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm