Arda Turan “Barselona”da!
Bizi izləyin

İdman

Arda Turan “Barselona”da!

Türkiyə futbol yığmasının yarımmüdafiəçisi Arda Turanın "Barselona"ya transferi reallaşıb.

Publika.az xəbər verir ki, Kataloniya klubu türkiyəli futbol ulduzunu transfer etdiyini rəsmən açıqlayıb. Bu barədə “Barsa”nın mətbuat xidməti xəbər yayıb, eyni zamanda klubun rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

“Barselona” bu transfer üçün “Atletiko”ya 34 milyon avro ödəyəcək. Futbolçunun meneceri Əhməd Bulud Kataloniya klubunun türkiyəli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzaladığını bildirib.

Arda Turan "Atletiko"da 2011-cü ildən çıxış edirdi. Türkiyəli futbolçu ötən mövsümdə "Atletiko" da 46 oyun keçirib və öz hesabına 3 qol və 6 məhsuldar ötürmə yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm