Devalvasiya “Azercell”ə 15 milyon manat zərər vurub
Bizi izləyin

İKT

Devalvasiya “Azercell”ə 15 milyon manat zərər vurub

"Bu, elə də böyük rəqəm deyil. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb".

"Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb".

Publika.az xəbər verir ki, bunu "Azercell Telekom" MMC-nin maliyyə məsələləri üzrə məsləhətçisi Sərdar Yılmaz bu gün keçirilən mətbuat konfransında bildirib.

“Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev isə manatın devalvasiyasının şirkətə vurduğu zərərə toxunarkən bildirib ki, hər bir ciddi şirkətin məhz iqtisadi böhran dövründə ciddi itkilərlə qarşılaşmaması üçün müvafiq departament iş başında olur:

”"Azercell Telekom" MMC-nin də müvafiq departamenti öz işinin öhdəsindən peşəkarcasına gəlib. Məhz bunun nəticəsində ötən ilin dördüncü rübü şirkətimiz üçün uğurlu olub".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm