Vatsapdan daha bir yenilik
Bizi izləyin

İKT

Vatsapdan daha bir yenilik

Punlika.az xarici Hi-Tech xəbərlərinə istinadən bildirir ki, əvvəllər Vatsap vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür. Əgər istifadəçi bir dəfəyə bir neçə faylı göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluqa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir.

Bundan əlavə olaraq zənglər ekranı da dəyişib. Belə ki, bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm