Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə
Bizi izləyin

İKT

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

Sosial şəbəkələr öz bizneslərini istifadəçi məlumatları üzərində qururlar. Bununla belə istifadəçilər bundan xeyir götürmürlər.

Publika.az Technote-yə istinadən xəbər verir ki, bunun alternativ variantını “Etherium” blokçeyn (blockchain) platforması əsasında qurulmuş “Indorse” adlı sosial şəbəkə təqdim edir.

Bu sosial şəbəkə öz istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq mümkündür. “Indorse”un məqsədi “Facebook” ilə rəqabətə girmək deyil. Belə ki, o, “LinkedIn”nin yeni versiyası olmağa çalışır. Beləliklə, istifadəçilər bu sosial şəbəkədə xallara görə öz professional bacarıqlarını paylaşacaqlar.

Yeni sosial şəbəkə, “Etherium” blokçeyn platforması üzərində qurulur. İstifadəçilər “Indorse Rewards” adlı bonuslar və “Indorse Score” adlı reytinqlər əldə edəcəklər. Reytinqi digər istifadəçilərin dəstəyi sayəsində yüksəltmək mümkün olacaq. İstifadəçi nə qədər çox saytdan istifadə etsə və orda paylaşım yerləşdirsə, bir o qədər də xal əldə edəcək.

Məlumatlarla bağlı olacaq bütün əməliyyatlar və bonuslar “Etherium” sistemində qeydiyyatda olacaq. Kriptovalyutaya isə istifadəçi tərəfindən yığılmış xallar deyil, reklamverənlər tərəfindən təqdim olunacaq rəqəmsal tokenlər çevriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm