"Samsunq" qatlanan modelləri təqdim etdi - FOTOLAR
Bizi izləyin

İKT

"Samsunq" qatlanan modelləri təqdim etdi - FOTOLAR

Nəhəng texnologiya şirkəti “Samsunq” ABŞ-ın Las-Veqas şəhərində təşkil edilən CES-2018 sərgisində yeni nəsil qatlana bilən “Qalaksi X” mobil cihazının dizayn layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Letsgodigital” saytı məlumat verib.

İddialara görə, yeni nəsil cihazlar 7,3 düymlük ekrana sahib olacaq. İstehsalına bu ilin noyabr ayında başlanacaq və 2019-cu ildə bazara çıxarılacaq.

Yeni modellər daxilə və xaricə qatlana bilən olmaqla, iki növdə istehsal ediləcək. Bu telefonlar 200 000 dəfə qatlanmağa davamlı olacaq.

“Samsunq” bu formları təkcə ağıllı smartfonlara tətbiq etməyi planlaşdırır. Onun ən böyük rəqibi “Əpl” isə bu növ cihazları smartfonlarla yanaşı, laptop, tablet və saatlara da tətbiq edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm