İKT
Saytlarda reklamları bloklayan mexanizm hazırlandı- CƏRİMƏ TƏTBİQ OLUNACAQ
15 fevraldan etibarən zəhlətökən reklam elanlarını bloklayan sistem istifadəyə verilib.
Publika.az xəbər verir ki, ilk olaraq bu
mexanizm Ququl şirkəti tərəfindən hazırlandı. Xüsusilə Xrom
brauzerə qarşı. Belə ki, brauzerə qurulmuş reklamları bloklayan
mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi
növ (+18) reklam elanlarını qadağan edir. Bundan başqa qəbuledilməz
elanlar kateqoriyasına avtomatik üzə çıxan pəncərələr, səsli
videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən
istifadə edən reklam və başqa elan növləri daxildir.
Mexanizm istifadəçiləri bezdirən zəhlətökən reklamla mübarizə üçün
hazırlanıb. Mexanizm əsaslı olaraq 3 mərhələdən ibarətdir. Əvvəlcə
Ququl şirkəti saytları koalisiyanın standartları baxımından
qiymətləndirir. Mexanizm qəbuledilməz reklamlar kateqoriyasına
daxil olan növ reklamların getdiyi saytlara müvafiq xəbərdarlıq
gedir. Sayt rəhbərliyinə 30 gün ərzində sözügedən problemləri
aradan qaldırması üçün zaman verilir.
Lakin xəbərdarlığa əhəmiyyət verilmədiyi halda Ququl Xrom brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. Ququl Xrom brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamının bloklanmasını deaktiv edə biləcəklər.
Könül Cəfərli
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi