İKT
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş müsabiqə keçirilir
“Azərmarka” uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi elan edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 26-dan “Azərmarka” MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsinə start veriləcək.
“Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.
Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa, Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsi ilə müsabiqənin Təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır.
Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq. Aprelin 26-dan mayın 1-dək münsiflər tərəfindən ümumilikdə 10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.
İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer - 200 manat, 3-cü yer - 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq.Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.
Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım