İKT
"Uçan" taksilər sınaqdan keçirildi
Yeni nəsil uçan taksilərin ilk sınaqları keçirilib.
Publika.az xəbər verir ki, Zelandiyanın “Kitty
Hawk” startapı üzərində 8 il çalışdıqları “Cora” pilotsuz uçan
aparatın sınaq uçuşlarını keçirib. Bildirilir ki, nəqliyyat
vasitəsinin əsas fərqli xüsusiyyəti vertolyot kimi vertikal qalxa,
enə bilməsi və eyni zamanda təyyarə kimi uça bilməsidir. 8 ilə
hazırlanan layihənın 6 il sonra satışa çıxarılması
planlaşdırılır.
Məlumata görə, yeni nəsil "uçan" taksilərin ekologiyaya da ziyanı
olmayacaq. Belə ki, avtonom uçan taksi elektrik mühərriki ilə
işləyəcək və ətraf mühit üçün təhlükə törətməyəcək. 2 nəfərlik
sərnişinlər üçün nəzərdə tutulan “Cora” 150-900 metr hündürlükdə,
saatda 150-180 km sürətlə hərəkət edə bilmək keyfiyyətinə malikdir.
Tam enerji topladıqdan sonra uçuş məsafəsi 100 km təşkil edir.
Vertikal uçuşu 12 start mühərriki, havada hərəkəti isə 1 əsas
mühərrik təmin edir.
Pilotsuz uçan aparat 3 bort kompüteri vasitəsilə naviqasiya
hesablamalarını rahatlıqla apara bilir. Onlardan biri sıradan
çıxacağı təqdirdə digərləri onun vəzifələrini öz üzərinə götürəcək.
Fövqəladə hallar üçün aparatda vintlərin işləməyəcəyi halda belə
enməyə imkan verəcək paraşüt nəzərdə tutulub.
“Cora” pilotsuz uçan taksinin nəqliyyat sisteminin tərkib hissəsi
olaraq ayrı-ayrı insanlara deyil, şirkət və avtomobil parklarına
satılacağı gözlənilir.
Könül Cəfərli
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq