“İstənilən qiymətə neft satmağa razıyıq” – İranın neft nazirindən şok AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

“İstənilən qiymətə neft satmağa razıyıq” – İranın neft nazirindən şok AÇIQLAMA

“İran öz neftini dünya bazarında istənilən qiymətə satmağa razıdır”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu İran neft naziri Bijan Namdar Zangeneh bəyan edib.

Onun sözlərinə görə, hazırda İran dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, öz məhsulunu bazara çıxartmaq niyyətindədir: “Çox istərdik ki, nefti baha qiymətə sataq. Ancaq hazırda dünya bazarında neftin qiyməti aşağıdır. Bütün bunlara baxmayaraq, biz istənilən qiymətə nefti sata bilərik. Bizə qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra isə İran bazara çatdırılacaq nefti sutkada bir milyon barelə qədər artırmağa hazır olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm