• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakı-Tbilisi-Qars dəmiryolu Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilə bilər

Bakı-Tbilisi-Qars dəmiryolu Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilə bilər

İranın “AVA Diplomatic” saytında Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Əli Əlizadənin fars dilində müsahibəsi dərc olunub.

Müsahibədə baş konsul bildirib ki, son bir il ərzində Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətində böyük addımlar atılıb. Bu müddətdə İranın Şərqi Azərbaycan Vilayəti valisinin dəvətinə əsasən, Azərbaycanın Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin və Gəncə şəhər icra hakimiyyətinin başçısının vilayətə səfərləri həyata keçirilib. Həmçinin İranın Qərbi Azərbaycan Vilayəti valisi Naxçıvan MR-na səfər edib. Səfərlər zamanı Naxçıvan MR-sı ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum, Gəncə şəhəri ilə Təbriz şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair Protokol imzalanıb. Bu sənədlərin imzalanması gələcəkdə əlaqələrimizin daha da möhkəmlənəcəyindən xəbər verir.

Müsahibədə, həmçinin qeyd olunur ki, Azərbaycanın İran ilə sərhəddə yerləşən bəzi regionları işğalçı Ermənistan tərəfindən zəbt olunub və bu, həmin rayonların qonşu ölkə ilə birbaşa əlaqələrin yaradılmasına, daha geniş münasibətlərin qurulmasına, həmin ərazilərlə sərhəddə müştərək layihələrin həyata keçirilməsinə mane olur. Lakin buna baxmayaraq iki dövlət arasında iqtisadi əlaqələr öz axarı ilə inkişaf edir.

Vurğulanır ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var, ermənilər atəşkəs rejimini mütəmadi olaraq pozurlar. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində son on ildə və bu ilin ilk altı ayında Azərbaycanın davamlı inkişafı tam təmin edilib. Cari ilin ilk yarısında iqtisadiyyatımız 5,7 faiz yüksəlib, qeyri-neft sektoru 9,2 faiz artıb, qeyri-neft sənayesində isə 14 faiz artım müşahidə olunub. Qeyri-neft sektorunun inkişafı istiqamətində xarici dövlətlərlə, o cümlədən İranla da müştərək layihələrin həyata keçirilməsi, xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm işlər görülüb, bir çox layihələr icra olunub.

Diqqətə çatdırılıb ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi planları da var.

İranın Azərbaycanın həmsərhəd rayonları ilə əlaqələrinin inkişafı daim diqqət mərkəzindədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR