• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İş saatları dəyişərsə, nələr baş verər?

İş saatları dəyişərsə, nələr baş verər?

İş saatları dəyişərsə nələr baş verər Bir sıra inkişaf etmiş ölkələrdə tıxacların qarşısını almaq, işsizlərin sayını azaltmaq və bir sıra problemlərin həllini tapmaq üçün müxtəlif üsullara əl atılıb.

Bunlardan biri də, iş qrafikini saata görə ölçülməsidir. Yəni, işçilər işlədikləri saata görə aylıq məvacib alırlar.

İqtisadçı Elxan Vəliyev Publika.Az-a bu barədə öz fikrini bilirib:

“Artıq Azərbaycanda bəzi şirkətlərdə saata görə əmək haqqı verilir.

Bu, işləmə qabiliyyətindən asılı olaraq dəyişir. Bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da işçinin mənafeinə uyğun addımlar atılır. Əgər iş qrafiki saata görə ölçülərsə, təbii ki zərərlərindən çox faydası olar.

Çünki, işçilərin instintlərinin qarşılanmasında böyük rol oynayar və düzgün qiymətləndirmə prinsipi işə düşər. Dövlət qurumlarında da bu prinsipə riayət olunmalıdır. İş qrafiki saata görə ölçülərsə, dövlət işçilərinin həvəslənməsinə təsir göstərər.

Bu, sual olaraq ortaya qoyularsa, bütün suallar öz əksini tapar və vaxtında qiymətləndirilər. Qrafik arzu olunan mərhələyə çatdırılsa, işsizlərində sayında azalma müşahidə olunar. Yəni, xarici dövlətlərdə olduğu kimi kurs mərkəzləri açılsa uğurlu nəticə əldə etmək mümkündür. Azərbaycanda bu kimi kurslar var amma təəsüflər olsun ki, çox azdır və arzu olunan səviyyədə deyil”.

Bu qrafik həyata keçirilərsə ən çox tələbələr səmərəli istifadə edər. Günün ikinci yarısında təhsil alan tələbələr işsizlikdən əziyyət çəkir. Gün ərzində 3-4 saat işləmək tələbələrin işini azda olsa rahatlaşdırar. Tıxaclar ən çox işə gedərkən, nahar vaxtı və işdən çıxma vaxtlarında baş verir. İstər dövlət, istərsə də özəl sektorlarda iş qrafiki müxtəlif vaxtlarda olarsa, təbii ki insanların üzləşdiyi ən aktual mövzu olan tıxac problemi də aradan qalxar. Bir sözlə hər kəs eyni vaxtda işə getməz və ya işdən çıxmazsa bu problemdə aradan qalxmış olar.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR