Ekopublika.az
Dövlət Neft Şirkəti benzinin qiyməti haqda açıqlama verdi
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə benzinin satış qiymətilə bağlı açıqlama yayıb.
Bu barədə Publika.Az - a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
“Aİ-95 və Aİ-98 markalı
avtomobil benzinlərinin Azərbaycanda satış qiymətlərinin sərbəst
buraxılmasından sonra bəzi yazılı və elektron kütləvi informasiya
vasitələrində və müxalifət funksionerlərinin sosial şəbəkələrdəki
səhifələrində bilməyərəkdən və ya bilə-bilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin işgüzar nüfuzuna xələl gətirəcək yanlış
məlumatlar yayılmaqdadır.
ARDNŞ rəsmi surətdə bəyan edir ki, Aİ-98 markalı
avtomobil benzini Azərbaycan Respublikasında istehsal olunmadığı
üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən
tənzimlənməmişdir. Aİ-95 markalı avtomobil benzininin 2014-cü il
aprel ayının 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması
haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək
oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə
artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat
olmamasıdır.
Dövlət Neft Şirkətinin
avtomobil benzinləri istehsalı ilə məşğul olan H.Əliyev adına Bakı
Neft Emalı zavodunda Aİ-95 markalı benzinin istehsalının
dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin
istehsal edən əsas qurğuları hal-hazırda əsaslı təmirə
dayandırılmışdır. Təmirdən sonra zavodda Aİ-95 benzini
istehsal edilməyəcək.
ARDNŞ qətiyyətlə bəyan edir ki, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik deyildir. Odur ki, Azərbaycana guya ARDNŞ-nin xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır.
Aİ-95 Premium və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst
bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət
növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad
bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal
etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə
bilsinlər. Təsadüfi deyldir ki, həmin qərar verildikdən sonra Aİ-98
markalı benzinin qiyməti aşağı düşüb.
ARDNŞ bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə
layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin
inşa olunması məqsədi ilə bütün qüvvələrini səfərbər etmişdir.
Həmin Kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda
AVRO-5 standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli
yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək".
Publika.Az
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan