Ekopublika.az
"Avro 4" ekologiyanı qoruya biləcəkmi?-STATUS
Avro 4 standartlarına tətbiqinə 2 aydan bir az artıq zaman qalıb.
Bu o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan Avropada istehsal olunan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək. Asiya avtomobilləri üçün isə bu tarix daha yaxındır: ölkəmiz yalnız ili 2011-ci ildən bəri olan maşınları qarşılayacaq.
Məqsəd mühitin çirklənməsinin qarşısını almaqdır. Amma bununla
bu məqsədə nail olmaq mümkün olacaqmı? Problem ondadır ki,
hal-hazırda ölkəmizin avtomobil parkında olan maşınların
əksəriyyəti köhnə avtomobilərdir. Deməli, həmin avtomobillərin də
tədricən istifadəsinin məhdudlaşdırılmasına ehtiyac var.
Bunun üçün isə konkret addımların atılmasına ehtiyac var:
Standartlara cavab verməyən avtomobillərin mərhələli şəkildə
dövriyyədən çıxarılması həyata keçirilməlidir. Birinci növbədə ilk
3 il ərzində 1990-cı ilə qədər istehsal olunan avtomobillər dövlət
tərəfindən kompensasiya ödənərək alına bilər. Bu tip avtomobillərin
qiymətinin kifayət qədər ucuz olması dövlət büdcəsinə elə də ciddi
təsir göstərməyəcək.
Daha sonra isə 1995-ci ilə kimi istehsal olunmuş nəqliyyat
vasitələrinin dövlət tərəfindən alınaraq dövriyyədən çıxarılmasına
nail olmaq mümkündür. İli köhnə olan avtomobillər vətəndaşlardan
dövlət tərəfindən alınsa, hər iki tərəf bundan razı qalar. Növbəti
mərhələdə isə uyğun olaraq 2000-ci və 2005-ci ilədək olan
avtomobillərin dövlət tərəfindən çıxarılması mümkündür.
Ölkədə yol qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin
payına düşür. Əsas problem ondadır ki, ölkəyə gətirilən
avtomobillərin yarıdan çoxu paytaxtda istismar olunur. Bu da öz
növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin
yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq
görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir
standarta cavab vermir.
Yerdə qalan 40 faizi avro-1 standartına, 30 faizi isə avro-2 və avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizni təşkil edir. Məlumat üçün qeyd edək ki, ili köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif edilir. Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib.
Vüqar Bayramov
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan