Ötən il 25 milyon dollarlıq elektrik enerjisi ixrac edilib
Bizi izləyin

Ekopublika.az

Ötən il 25 milyon dollarlıq elektrik enerjisi ixrac edilib

2013-cü ildə Azərbaycan gömrük bəyannamələri əsasında 595 674.32 min kVt/s elektrik enerjisi ixrac edib.

2013-cü ildə Azərbaycan gömrük bəyannamələri əsasında 595 674.32 min kVt/s elektrik enerjisi ixrac edib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisi 24 mln. 848 min dollar təşkil edib.

2013-cü ildə Azərbaycanın sayğac göstəriciləri əsasında ixrac etdiyi elektrik enerjisinin miqdarı 156 702.1 min kVt/s olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan gömrük bəyannamələri əsasında 482 697.6 min kVt/s miqdarda elektrik enerjisi ixrac edib ki, bu da 24 mln. 756 min dollar məbləğində olub.

Həmin il sayğac göstəriciləri əsasında ixrac olunan elektrik enerjisinin miqdarı 341 058 min kVt/s təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm