
Azərbaycan ilə İraq arasında birbaşa hava əlaqəsinin açılması məsələsi razılaşdırılıb.
Bu barədə jurnalistlərə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak məlumat verib.
İraqlı diplomat qeyd edib ki, bu məsələnin əsas detalları razılaşdırılmışdır. Aviareyslərin həftədə 4 dəfə həyata keçiriləcəyi gözlənilir. Lakin aviabiletlərin qiyməti hələlik müəyyən edilməmişdir.