Ekopublika.az
Çikaqoda tranzit imkanlarımız yüksək qiymətləndirilib
ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində Yeni İpək Yolu boyunca ölkələrin iqtisadiyyatı, onlar arasında ticarət və iqtisadi münasibətlər, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş 9-cu ənənəvi İpək Yolu Konfrası keçirilmişdir.
Tədbirdə Mərkəzi və Cənubi Asiya ölkələrinin, eləcə də
Azərbaycan və Türkiyənin biznes və diplomatik dairələrinin, habelə
ABŞ Dövlət Departamentinin və Müdafiə Daşımaları Agentliyinin
(Defence Logistic Agency) nümayəndələri də iştirak etmişdilər.
Azərbaycan tərəfindən tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin
əməkdaşı Natiq Baxışov, Azərbaycanda İxracın və İnvestiyaların
Təşviqi Fondunun (AZPROMO) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov,
Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev və
azərbaycanlı iş adamı Bəsrəd Paşayev iştirak etmişdir.
ABŞ Dövlət Departamentinin regional məsələlərə məsul əməkdaşı Corc
Təq və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi polkovnik Emili
Bakman çıxış edərək, indiyədək Əfqanıstandakı ABŞ və müttəfiq
qoşunlarının təminatını həyata keçirən Şimal Təchizat Şəbəkəsinin
(Northern Distribution Network) iqtisadi komponentlərinin
artırılaraq onun gələcəkdə ölkələrin ticari və iqtisadi
əlaqələrinin təşviq edilməsi üçün istifadə edilə biləcəyini
vurğululamışdılar. Bunun üçün ölkələr arasında regional
infrastrukturun yaradılması, habelə yükdaşımaların zaman və
keyfiyyət baxımından daha da inkişaf etdirilməsi üçün ölkələr
arasında gömrük prosedurlarının rahatlaşdırlması istiqamətində
işlərin davam etdirilməli olduğu vurğulanmışdır. DD rəsmisi bu
baxımdan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük
prosedurlarının rahatlaşdırılmasını nəzərdə tutan "Silk Wind"
layihəsini təqdir etmişdir. Daha sonra o, Bakı-Tbilisi-Qars
dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı
layihələrinin reallaşdırılmasının əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Səfirliyinin nümayəndəsi N.Baxışov çıxış edərək,
Azərbaycanın müstəqilliyini əldə etdiyindən bəri keçdiyi iqtisadi
inkişaf yolu, ölkənin bu sahədəki uğurları, habelə regional və
beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə
danışmışdır. Azərbaycanın tarixən beynəlxalq enerji təhlükəsizliyi
və təchizatında xüsusi rolunun olduğunu qeyd edən çıxışçı,
Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Avropa
bazarlarına yeni həcmdə qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi
barədə məlumat vermişdir. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu barədə
danışılmışdır.
Azərbaycan Səfirliyinin əməkdaşı N.Baxışov və Müdafiə Daşımaları
Agentliyinin nümayəndəsi E.Bakman çıxışları zamanı "SilkWay
Airlines"-ın Əfqanıstana daşımalarda oynadığı rolu
vurğulamışdılar.
AZPROMO-nun ABŞ-dakı nümayəndəsi E.Baloğlanov öz çıxışında
Azərbaycanın qeyri-neft məhsullarının, xüsusilə qida, meyvə şirəsi
və spirtli içkilərinin ixrac qabiliyyətindən və bu sahədə AZPROMO
vasitəsilə Azərbaycan hökuməti tərəfindən ABŞ idxalçı və
distribyutorlarına təklif olunan güzəştlərdən istifadə etməyə
çağırmışdır. Eyni zamanda, o, Azərbaycanda investisiya mühiti,
turizm və informasiya texnologiyaları sahəsində aparılan işlər
barədə məlumat vermiş, həmçinin xarici investorlar üçün Sumqayıt
Kimya Sənaye Parkı və Yüksək Texnologiyalar Parkının imkanlarından
istifadə etməyə dəvət etmişdir.
Naxçıvan Dövlət Universitetinin professoru E.İsayev İpək Yolunun
qədim və müasir tarixlərindən məlumat vermiş, Naxçıvanın bu yolda
oynadığı əhəmiyyətli roldan danışmışdır.
Çikaqo şəhərinə səfər çərçivəsində Azərbaycan Səfirliyinin əməkdaşı
və AZPROMO nümayəndəsinin Şimali İllinoys Universitetinin
rəhbərliyi ilə görüşü baş tutmuşdur. Görüş zamanı Azərbaycanın
təhsil müəssisələri, o cümlədən ADA Universiteti və Bakı Ali Neft
Məktəbi barədə məlumatlar verilmişdir.
Qeyd edək ki, Çikaqoda fəaliyyət göstərən Mərkəzi Asiya
Araşdırmalar Mərkəzinin (Central Asia Productivity Research Center,
CAPRC) təşkilatçılığı keçirilmiş İpək Yolu Konfransı "SilkWay
Airlines" və AZPROMO-nun əsas maliyyə dəstəyi ilə baş tutmuşdur.
/Trend/
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO