Ötən il 19,7 milyard manatlıq istehlak malları satılıb
Bizi izləyin

Ekopublika.az

Ötən il 19,7 milyard manatlıq istehlak malları satılıb

Ötən il Azərbaycanda əhaliyə 19,7 milyard manatlıq istehlak malları satılıb

Ötən il Azərbaycanda əhaliyə 19,7 milyard manatlıq istehlak malları satılıb və 9,9% artıb, pullu xidmətlərin həcmi isə 8,2% artaraq 6,5 milyarda manata çatıb.

Publika.Az –ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarından alınmış məhsulların 51,7%-ni ərzaq məhsulları, 48,3%-ni qeyri-ərzaq malları təşkil edib, ərzaq məhsullarının satışı 2,3%, qeyri-ərzaq mallarının satışı isə 20,2% artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51,7%-i qida məhsulları və içkilər, 1,7%-i tütün məmulatları, 19,3%-i toxuculuq malları, geyim və ayaqqabı, 4,4%-i elektrik malları və mebel,

1,2%-i kompüter avadanlıqları, kitab və digər çap məmulatları, 1,2%-i əczaçılıq və tibb malları, 6,4%-i avtomobil yanacağı, 14,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ötən il ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2 114,3 manatlıq və ya 2012-ci illə müqayisədə 200,7 manat və ya 10,5% çox müxtəlif istehlak malları alıb.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm