Ermənistanla savaşda iqtisadi itkimiz nə qədər ola bilər?
Bizi izləyin

Ekopublika.az

Ermənistanla savaşda iqtisadi itkimiz nə qədər ola bilər?

Ermənistanla savaşda iqtisadi itki nə qədər ola bilər?

Ermənistanın təmas xəttində hər gün gərginlik yaratması, demək olar ki, adi hala çevrilib. İşğalçılar ordumuzun mövqelərini atəşə tutması, onlara heç də yaxşı nəticə verməyib.

Düşmən tərəfdə itkilərin və yaralıların sayı gün keçdikcə artır. Əgər müharibə baş verərsə Azərbaycanı iqtisadi və siyasi tərəfdən hansı itkilər gözləyir?

Bu barədə İqtisadçı – Ekspert Samir Əliyev Publika.Az –a bildirib ki: “Mənə elə gəlir ki, müharibə başlamaz.

Çünki, Azərbaycanda müharibənin olmamasının başlıca səbəbi neftdir. Neft müqavilələri imzalandıqca, Azərbaycan hər hansı bir müharibə istiqamətinə addım ata bilməz. Buna görə də, nə qədər ki, neft qurtarmayıb, qaz qurtarmayıb, müqavilənin müddəti bitməyib Azərbaycanda müharibənin olmasından söhbət gedə bilməz.

Əgər müharibə baş verərsə, təbii ki, iqtisadi cəhətdən ziyan gorərik. Fərqi yoxdur hücum edən ölkə olsun. Tutaq ki, Azərbaycan öz torpaqlarını azad edir və ya Ermənistan olsun.

Hansı ki, Azərbaycan torpaqlarını işğal edib. Dünyada daha çox müharibələr peşəkar ordu ilə aparılır ki, həm iqtisadi cəhətdən, həm də əsgər itkisi tərəfdən az olsun.

Bu barədə Politoloq Qabil Hüseynli Publika.Az –a müharibənin siyasi cəhəti barədə məlumat verib ki: Prezidentlər və xarici işlər naziri ötən ilin sonlarında görüşüblər.

Bu gündə parisdə xarici işlər nazirləri görüşüb. Gələn ayda prezidentlər görüşəcək. Bu görüşlərin arxasında böyük dövlətlərin siyasəti durur. Yəni, Ermənistanın fikri budur ki, biz sülh istəyirik amma Azərbaycan müharibə tərəfdarıdır. Bir sözlə özlərini haqlı çıxarmaq üçün hər yola əl atırlar.

Əgər müharibə baş verərsə, Azərbaycan ordusu Ermənistan və onun arxasında duran digər dövlətlərdən özünü müdafiə etmə gücünə malikdir. Torpaqlarıda geri almaq üçün Azərbaycan hər cür siyasi və iqtisadi imkanlara malikdir.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm