Ekopublika.az
Banklardakı əmanətlərin yarısı qorunmur
2014-cü ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 077 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 67%-ni təşkil edib.
Əmanətlərin Sığortalanması Fondundan Publika.Az-a verilən məlumata görə, I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,1 mlrd. manat) 41,3%-i (2,51 mlrd. manat) qorunmayan əmanətlər, 58,7%-i (3,57 mlrd. manat) isə qorunan olub. Kompensasiya olunan əmanətlər 1 947 mln. manat təşkil edib. Bu da qorunan əmanətlərin 54,0%-ni təşkil edir. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür. Üzv banklar tərəfindən 5 862 322 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 346 340 nəfəri (91%) qorunan əmanətçidir. Hazırda Fondun sığorta ehtiyyatları 79,7 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 63,7 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 % təşkil edib. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Onu da bildirək ki, fondun iştirakçısı olan bankların sayı 42-dir.
Leyla
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?