Rusiyaya gedənlərə bəd xəbər - “Dobrolet” səfərləri dayandırdı
Bizi izləyin

Ekopublika.az

Rusiyaya gedənlərə bəd xəbər - “Dobrolet” səfərləri dayandırdı

Avropa Birliyinin sanksiyaları Rusiyanın ucuz hava yolu şirkəti “Dobrolet”in səfərlərini müvəqqəti dayandırmasına səbəb olub.

Publika.az xəbər verir ki, AB-nin “Dobrolet”i sanksiya siyahısına daxil etməsi və “Boeing 737”, “Boeing 800” təyyarələrinin lizinq müqaviləsinin ləğv edilməsi ilə əlaqədar bütün səfərlərini dayandırıb. Avropalı şirkətlər "Dobrolet"ə naviqasiya, sığorta və texniki dəstək kimi xidmətləri təqdim etməyi də rədd ediblər.

Qeyd edək ki, “Dobrolet” Rusiya Hava Yolları “Aeroflot”un tərkibində 2014-cü ilin iyununda ucuz hava yolu şirkəti olaraq fəaliyyətinə başlamışdı. Şirkət, Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva-Simferopol səfərlərində ucuz bilet satması ilə diqqət çəkirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm