Neft-qaz sektorunda istehsal 2.7 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

Neft-qaz sektorunda istehsal 2.7 faiz azalıb

2014-cü ilin yeddi ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19.8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz az sənaye məhsulu istehsal olunub.

Publika.az xəbər verir ki, məhsulun 14.4 milyard manatı və ya 72.5 faizi mədənçıxarma bölməsində istehsal olunub. 24.9 milyon ton neft və 10.8 milyard kub metr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində 4.3 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 3.1 faiz, tütün məmulatları istehsalı 71.9 faiz, geyim istehsalı 42.9 faiz, hazır metal məmulatların istehsalı 14.4 faiz, tikinti materiallarının istehsalı 22.6 faiz, elektrik avadanlıqları istehsalı 17.1 faiz, avtomobil və qoşquların istehsalı 66.2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.4 dəfə, mebel istehsalı 13.4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 62.5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 20.6 faiz artıb. Qeyri-neft emal sənayesində 2.8 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox sənaye məhsulu istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.4 faiz artmış, neft-qaz sektorunda isə 2.7 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm