• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Banklar ipoteka kreditləşməsini dayandırıb - Araşdırma

Banklar ipoteka kreditləşməsini dayandırıb - Araşdırma

Xəbər verdiyimiz kimi, ilin əvvəlindən ölkədə ipoteka kreditlərinin verilişində azalma baş verib. Konkret olaraq cari ilin 7 ayında ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat olub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 64,2 mln manat təşkil edib. MKT-lar tərəfindən verilən kreditlər də azalıb. Məsələn, ötən ilin altı ayında 42434.0 manat məbləğində, bu ilin müvafiq dövründə isə 39905.4 manat kredit verilib. Sosial ipoteka kreditləri uzrə büdcədən ayrılan vəsaitlərin qrafiki də diqqət çəkib. Belə ki, mart ayında 20 milyon manatlıq kredit verilib. Büdcə hesabına maliyyələşən bu kreditlər üzrə daha 20 milyon manatın nə zaman ayrılacağı bəlli deyil. Monitorinqlər göstərir ki, hazırda bankların əksəriyyətində sosial ipoteka kreditləri aktiv deyil. Ümumiyyətlə, banklar dövlət hesabına kredit verilişini dayandırıblar.

Publika.az bu istiqamətdə araşdırmasını təqdim edir.

Başlayaq xarici kapitala malik “Access Bank”dan. Bankdan bildirdilər ki, hazırda nə adi, nə də sosial ipoteka kreditləri aktiv deyil. Bank öz şərtləri çərçivəsində 13-20 faiz arası kommersiya ipoteka kreditləri təqdim edir. Kreditin maksimum məbləği isə 100 min manatdır.

“AG Bank”dan operator bankın 8 faizlə adi ipoteka kreditləşməsini həyata keçirdiyini açıqladı. Lakin baş ofislə əlaqə zamanı məlum oldu ki, kreditləşmə dayandırılıb.

“Amrahbank”da isə əməliyyatçının sözlərindən məlum oldu ki, bankda artıq bir neçə ildir ki, adi və güşəştli ipoteka ktediti aktiv deyil. Sadəcə, bank daxili vəsaitləri hesabına güzəştli ipoteka krediti həyata keçirirdi. Bu kreditlər də ilin əvvəlindən dayandırılıb. Nə zaman bərpa olunacağı bilinmir.

“AtaBank”dan da fərqli cavab eşitmədik. Bankdan qeyd edilidi ki, dövlət hesabına kreditləri dayandırıblar. Nə zaman bərpa olunacağı isə bəlli deyil. O ki qaldı bankın öz vəsaitləri hesabına ipoteka kreditləşməsi həyata keçirməsinə “bizdə bu növ üzrə kredit xətti yoxdur” cavabı aldıq.

Borc bataqlığında batan “Bank Of Azerbaijan” nın sualla bağlı cavabı konkret oldu “ipoteka krediti vermirik”.

“Bank Respublika” da dövlət hesabına ipoteka krediti vermir. Nə badə qapısını döyəsiniz Əməliyyatçının sözlərinə görə, bank öz vəsaiti hesabına 12 faizlə kredit təqdim edirdi.Onu da dayandırıb.

Yüksək faizli istehlak, nağq kreditləri, ağır və bahalı şərtli ödəniş kartları ilə insanların cibinə girən “Bank of Baku” da ipoteka kreditinə maraqlı deyil. Bankdan hər hansı ipoteka krediti növünün aktiv olmadığı deyildi.

“Bank Standard” QSC də ipoeka kreditləri aktiv deyil.

“Bank Technique”isə dövlət hesabına ipoteka kteditləri ilə özünü yormur. Bankın bu istiqamətdə işlədiyi MTK-lar var. Kredit mütəxəssisi bizə bildirdi ki, hazırda bank bir neçə MTK ilə işləyir və hər şirkət üzrə faiz dərcələri fərqlidir: “Yeni Həyat”, “Park Azure”, Grand Hayat”, AFF yaşayış kompleksindən mənzillərə ipoteka krediti ayırırıq”.

“VTB Bank”da da ipoteka kreditlərinin verilişi dayandırılıb.

Sorğumuza cavab verən “Dəmirbank” dan isə qeyd olundu ki, 10 il müddətinə 16 faizlə ipoteka krediti təklif edirdilər. Ancaq hazırda bu kreditlər aktiv deyil: “Kreditin maksimum məbləği 200 min manatdır. Dövlət hesabına kredit vermirik”.

“Zaminbank”da nə adi, nə də sosial ipoteka krediti ayırır. Bank mənzil sahibi olmaq istəyənlərə vəsaitləri hesabına 30 min manat həcmində, illik 24 faizlə kredit verir. Amma hazırda bu kredit xətti də aktiv deyil.

“Nikoil”dan da cavab konkret olub: “Adi və sosial ipoteka kreditləri ilə bağlı limit bitib”.

“Rabitabank” 60 min manat həcmində, illik 17 faizlə kredit təqdim edir. Hazırda bankda bu ipoteka krediti aktiv deyil.

Sonda onu da qeyd edək ki, cari ilin ikinci rübünün nəticələrinə əsasən ən çox ipoteka krediti “AG Bank” ayırıb- 1160 ədəd. İkinci sırada 1134 ədəd kreditlə “Xalq Bank ASC” dayanır. Üçüncü yerdə ümumiyyətlə ipotrka krediti vermirəm deyən “Bank standart “QSC (1122 ədəd),dördüncü sırada “Dəmirbank” (1034 ədəd) gəlir. Nəzərə çatdıraq ki, rəqəmlər İpoteka Fonduna aiddir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR