• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Son bir il ərzində yeni tikililərdə qiymətlər 24% bahalaşıb - Açıqlama

Son bir il ərzində yeni tikililərdə  qiymətlər  24%  bahalaşıb - Açıqlama

“İyul ayı ərzində bazarda satışa təklif olunan ilkin yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1312 $/кv.m-dən -5,7% azalaraq 1241 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1029 AZN/кv.m-dən -5,4% azalaraq 973 AZN/кv.m bəndində qərarlaşıb”.

Bunu Publika.Az-a iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik 2014-cü ilin iyul ayında əvvəlki iyun ayı ilə müqayisədə -4% azalıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə 6% artıb: “Hər ay olduğu kimi bu ay da bazarda struktur dəyişikliyi davam edib. Nəticədə bazar indikatorlarında uyğun trend qeydə alınıb.

Bununla yanaşı son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar iyul ayında artımlar müşahidə edilib. Aktivliyin azalması ilə əlaqədar alıcılıq qabiliyyəti də azalıb. Bu da öz növbəsində ilkin mənzil bazarında təklif portfelinin artımına səbəb olub. Bazar portfelində ümumi təkliflərin sayı isə 568 ədəd olub. Aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir. Ümumilikdə təkrar və ilkin yaşayış mənzil bazarında qiymətlərin nisbətən azalması strukturun dəyişmə səbəbinə baş verir. Yəni bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar”.

O da məlum olur ki, son ayda qiymət indeksinin azalması müşahidə edilib. Buna da səbəb bir tərəfdən qeyri-mövsümi ayların davam etməsi və digər tərəfdən isə, son bir il ərzində ilkin mənzil bazarında qiymətlərin 24% artması ilə reallıqdan uzaqlaşması olub: “Nəticədə bazarda real alıcılar tədricən tükənir və potesial alıcıların azalması ilə əlaqədar, ilkin mənzil bazarında qiymətlərin azalmasını normal qarşılamaq olar. Hesabat ayında bazarın aktivliyində azalma qeydə alınıb”.

Tikinti və bazarda təklifdən söz açan mütəxəssis deyir ki, iyul аyının sonuna Bаkı şəhərində çoxmənzilli yaşayış binаlаrın sаyı 103 ədəd olub. Təklif olunan mənzillərin sayı isə 568 ədəd təşkil edib: “ 2014-cü ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə, inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay və il üzrə artmalar qeydə alınıb. Son aylar təklifin həcmində azalmalar müşahidə olunsada, son iyul ayında bu rəqəm kəskin artmışdır. Artıma səbəb kimi bazarda potensial alıcıların azalmasını göstərmək olar. Onu da qeyd edim ki, artım əsasən bahalı mənzil bazarında qeydə alınıb. Alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə, ilkin bazar portfelində ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım baş verib”.

Siniflər üzrə bölgü

Sinif

Bina sayı

Təklif portfeli

Sahə kv.m

$/mənzil

orta qiy $/kv.m

min.

orta

maks.

Ekonom klass

69

294

36

100.6

236

96.500

950

Biznes klass

31

256

46

135

245

210.000

1500

VİP klass

3

18

90

183.5

220

480.000

2600

N.İbrahimov bildirir ki, “Elit” mənzillər əsasən şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında məskunlaşıblar:” Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin III zonasında mütləq çoxluq təşkil edib. Zonalar üzrə qiymətlərə gəlincə, birinci zona 2166 $/kv, ikinci zona 1628 $/кv, üçüncü zona 1061 $/kv , dördüncü zona üzrə 768 $/kv təşkil edib”.

İqtisadçı tikinti ərəfəsində 1 kv.m sаhənin qiymətini də açıqladı. Bildirdi ki iyul аyında şəhər üzrə ümumi mənzil bazarında оrtа qiymətdə -3,0% azalma qeydə alınıb. 2013-cü ilin müvafiq ayına nəzərən isə 15,3% artım baş verib. İlkin mənzil bazarında uyğun olaraq ilin əvvəli ilə müqayisədə 8,29%, ötən ilin müvafiq ayına nəzərən isə 24,60% artаrаq 1241 $/kv.m olub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR