Ekopublika.az
Elektron ticarətə vergi nəzarəti gücləndirilir
Azərbaycanda elektron ticarətə vergi nəzarətinin
təkmilləşdirilmiş mexanizminin yaradılması üzrə tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub
Publika.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Vergilər
Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin
rəisi Natiq Şirinovun nazirliyin rəsmi orqanı olan “Vergilər”
qəzetində dərc olunan müsahibəsində deyilir.
Onun sözlərinə görə, hazırda sahibkarlıq fəaliyyətinin bütün
sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi
Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin
elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə
alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib
məsələlərdən biridir.
Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata
keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil
vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin
görülməsi nəzərdə tutulur.
N.Şirinov qeyd edib ki, internet vasitəsilə elektron ticarətin
həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib
hissələrindən biridir: “Son dövrlərdə inkişaf etmiş ölkələr də
artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin
yaradılması mərhələsinə daxil olmaqdadır”.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti sahəsində bu
istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada
aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb:
“Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana
çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən
texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının
uzlaşdırılmasına zərurət yaradıb. Son illərdə ABŞ, Kanada,
Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata
keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul
edilir”.
İdarə rəisi əlavə edib ki, artıq Azərbaycanda da biznesin elektron
qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi
münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul
olunub.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı