Rusiyanın dövlət şirkətlərinin səhmləri ucuzlaşdı
Bizi izləyin

Ekopublika.az

Rusiyanın dövlət şirkətlərinin səhmləri ucuzlaşdı

Ukrayna böhranının Rusiya iqtisadiyyatına mənfi təsirləri davam etməkdədir.

Publika.az xəbər verir ki, rus ordusunun Ukraynada hərbi əməliyyatları səbəbindən Qərbin Moskvanı hədəf alması maliyyə bazarlarını təlaşlandırıb.

Rus rublu dollar qarşısında 0.4 faiz nisbətində dəyərdən düşüb. Bu enişlə birlikdə rublun bu həftəki itkisi 2.6 faizi ötüb.

Qərb dövlətlərinin yeni sanksiya riski Moskva birjasında sərt enişlərə gətirib çıxarıb. Micex indeksi 2 faiz düşərkən, dövlət şirkətlərinin hissələrində 4 faizə qədər dəyər itkiləri müşahidə edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm