Vergilər Nazirliyi büdcəyə ödənişlərini açıqladı
Bizi izləyin

Ekopublika.az

Vergilər Nazirliyi büdcəyə ödənişlərini açıqladı

Yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 844 milyon 901,0 min manat vəsait daxil olub.

Publika.Az nazirliyə istinadən bildirir ki, 4 milyard 844 milyon 901,0 min manatın 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 769 milyon 16,5 min manat vəsait daxil olub bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 54285 vergi ödəyicisi qeydiyyata alınıb. 1 sentyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 585584-ə çatıb.

2014-cü ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8% faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm