“Disneyland” müflisləşir?
Bizi izləyin

Ekopublika.az

“Disneyland” müflisləşir?

Parisdəki böyük oyun parkı kimi tanınan “Disneyland”ın sahibi Avro Disney çətin günlərini yaşayır.

Publika.az xəbər verir ki, şirkət ən böyük səhmdarı (səhmlərinin 40 faiznin sahibi) “WaltDisney” şirkətindən 1 milyard avro məbləğində maliyyə yardımı aldı. Analitiklər “Avro Disney”in yaxın zamanda birjadan çıxacağını deyirlər. Yeri gəlmişkən,1 milyard avro həcmində maliyyə yardımının 250 milyon avrosu şirkətin nağd hesabına yatırılacaq. Yerdə qalan pul isə “Disneyland”lar üçün sərmayə olaraq istifadə olunacaq.

Nəzərə çatdıraq ki, Avropanın ən böyük turistik məkanı olan “Avro Disney” açıldığı 1992-ci ildən bu tərəfə 275 milyon ziyarətçi qəbul edib. Hazırda Avro Disneyin 1.75 milyard avro borcu olduğu bildirilir. “Avro Disney”in rəhbəri Tom Wolber vəziyyəti belə dəyərləndirir: “Disneyland-Paris Avropanın 1 nömrəli turist çəkən yeridir. Lakin Avropanın yaşadığı iqtisadi böhran qazanc əldə etməyimizə maneə törədir".

Parisdəki “Disneyland”ın 39 faizi “Walt Disney”in, sahənin 10 faizi isə Səudiyyə Ərəbistanının şahzadəsi El-Velid bin Talala aiddir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm