Ekopublika.az
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz bahalaşıb
Sentyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşıb.
Publika.az xəbər verir ki, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb. Birillik bitkilərdən qarğıdalının 0,3 faiz, günəbaxan toxumunun 9,5 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətləri 7,4 faiz ucuzlaşıb. Buğdanın 2,1 faiz, arpanın 6,6 faiz, lobyanın 21,7 faiz, xiyarın 22,7 faiz, badımcanın 11,0 faiz, pomidorun 18,1 faiz, kartofun isə istehsalçı qiymətləri 3,2 faiz bahalaşıb.
Çoxillik bitkilərdən şaftalının istehsalçı qiymətləri 20,0 faiz, qoz-fındığın 16,4 faiz bahalaşıb, şabalıdın 0,9 faiz, almanın isə istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 10,3 faiz, quş ətinin (diri çəkidə) 3,3 faiz, südün istehsalçı qiymətləri 2,5 faiz düşüb. Mal ətinin (diri çəkidə) 0,8 faiz, təbii balın isə istehsalçı qiymətləri 5,4 faiz bahalaşıb.
İqtisadiyyat şöbəsi
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi