Səhiyyə xərclərinin dövlət büdcəsi tərkibində xüsusi çəkisi artıb
Bizi izləyin

Ekopublika.az

Səhiyyə xərclərinin dövlət büdcəsi tərkibində xüsusi çəkisi artıb

Növbəti il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi artıb.

Publika.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, növbəti il səhiyyə xərclərinin xüsusi çəkisi cari illə müqayisədə 0.1%faiz artaraq 3.7% olacaq.

Gələn il dövlət büdcəsindən səhiyyə xərcləri üçün 777.7 mln. manat ayrılıb. Cari illə müqayisədə 52.1 mln. manat (7.2%), 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158.7 mln. manat (25.6%) çox vəsait ayırılıb.

Ayrılan vəsaitin 359 mln. manatı xəstəxanalar, 110.1 mln. manat poliklinikalar və ambulatoriyaların saxlanması üçün nəzərdə tutulub. Bu da cari illə müqayisə 4.0 mln. manat çoxdur. Ümumi vəsaitin 296.5 mln. manatı səhiyyənin digər xidmətləri üzrə xərclərə ayrılıb. 12.1 mln. manat səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.

Növbəti il səhiyyə üzrə ayrılacaq vəsaitin 26.5 mln. manatı xroniki böyrək çatışmazlığı, 21.8 mln. manatı hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə ayrılacaq. “Xərçəng xəstəliyi üzrə milli mübarizə Dövlət proqramı”nın maliyyə təminatına 42.2 mln. manat ayrılıb, bu da cari illə müqayisədə 8.4 % çoxdur.

“Şəkərli diabet üzrə Dövlət Proqramı”nın maliyyə təminatına 35.8 mln. manat ayrılıb. Ölkədə HİV/AİDS-in qarşısının alınmasına və mübarizəyə 3.1 mln. manat nəzərdə tutulub. Ana və uşaqların sağlamlığının qorunması ilə bağlı 4.4 mln. manat ayrılması proqnozlaşdırılıb.

Növbəti il dövlət büdcəsindən dərman, sarğı ləvazimatları və materialların alınması xərc maddəsi üzrə proqnozlaşdırılmış 209.3 mln. manatdır. Bu da cari illə müqayisədə 32.4 mln. manat ( 18.3%) çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm