Vaşinqtona xəbərdarlıq: “ABŞ “geosiyasi minalı sahə”yə düşüb”
Bizi izləyin

Ekopublika.az

Vaşinqtona xəbərdarlıq: “ABŞ “geosiyasi minalı sahə”yə düşüb”

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı koalisiya yaradan ABŞ-da hökumətə yönəlik xəbərdarlıq mesajları artmaqdadır.

Publika.az-ın verdiyi xəbərə görə, “The National Interest” qəzeti Vaşinqtonu iflasla, eyni zamanda, sonsuz və məqsədsiz müharibədə batmaqla xəbərdar edir.

ABŞ nəşri hesab edir ki, Vaşinqton bütün şəraiti nəzərə almadan İŞİD-ə qarşı geniş beynəlxalq koalisiya yaratmağa çalışır. “The National Interest” qeyd edir ki, İraq və Suriya münaqişəsinə cəlb olunan beş gücün maraqları nəzərə alınmadan atılan addımlar qaçılmaz səhv ola bilər.

“Radikal sünni musəlmanların həm İraq, həm də Suriyada tərəfdarları var. İraq sünni tayfalarının köməyi olmadan radikallar belə hərbi müvəffəqiyyətə nail olmazdılar. Suriyada hökumət qoşunlarına qarşı vuruşan Suriya Azad Ordusunun tərkibində xeyli sayda sünni var. Sünni radikallarının ən ciddi rəqibləri Dəməşq və Bağdaddakı şiə hökumətləri ilə onların əsas himayəçiləri olan İran və Livandakı “Hizbullah”dır. Ənənəvi sünni dövlətləri olan Türkiyə, Misir və Səudiyyə Ərəbistanı regionda İranın təsirinin artmasına qarşı birləşib. İŞİD-ə qarşı mübarizədə də müttəfiqlər öz mənfəətini güdürlər”, - deyə ABŞ nəşri hesab edir.

“The National Interest” qeyd edir ki, regionun kürd əhalisi üçün Suriya, İraq və hətta Türkiyə ərazilərində müstəqil kürd dövlətinin yaradılması üçün Birinci Dünya müharibəsindən sonra ən yaxşı imkan yaranıb,

Qəzet bildirir ki, İsrail nöqteyi-nəzərindən müxtəlif müsəlman qruplaşmaları arasında parçalanmanın davam etməsi ən yaxşı nəticə olardı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm