• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Büdcənin icrası açıqlandı

Büdcənin icrası açıqlandı

Maliyyə Nazirliyi cari ilin doqquz ayında dövlət büdcəsinin icrasını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirliyin mədaxili 13903,7 mln. manat proqnoza qarşı 14070,6 mln. manat və yaxud 1,2 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,8 faiz icra edilməklə dövlət büdcəsinə 5324,4 mln. manat vəsait təmin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 394,4 mln. manat və yaxud 8 faiz çoxdur.

Həmin vəsaitin 58,3 faizi və yaxud 3107,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 376 mln. manat və yaxud 13,8 faiz çoxdur.

2014-cü ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1134,9 mln. manat vəsait təmin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və yaxud 123,2 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 155 mln. manat təşkil edib.

Digər daxilolmalardan nəzərdə tutulan 27,1 mln. manata qarşı büdcəyə 56,6 mln. manat və yaxud proqnoza nisbətən 2,1 dəfə çox vəsait daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 mln. manat və yaxud 16,7 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə 7399,7 mln. manat vəsait transfer edilib.

İyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4731,7 mln. manat icra olunub.

Büdcənin xərclərinə gəlincə, doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86 faiz və yaxud 12693,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq, cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 31,7 faizi və yaxud 4019,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz və yaxud 521,4 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq, 2014-cü ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 24,6 faiz (51,0 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 16,0 faiz (29,7 mln. manat), müdafiə xərclərinə 15,2 faiz (141,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 10,7 faiz (71,9 mln. manat), səhiyyə xərclərinə 9,2 faiz (37,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 8,4 faiz (113,6 mln. manat), təhsil xərclərinə 8,0 faiz (70,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 4,2 faiz (14,8 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1401,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2729,1 mln. manat vəsait sərf edilib. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 44,4 mln. manat vəsait yönəldilib.

Dövlət büdcəsinin xərcləri cari ilin iyul-sentyabr ayları üzrə 3969,6 mln. manat icra olunub.

O ki qaldı icmal büdcəyə, cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17734,3 mln. manat icra edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 817,4 mln. manat və yaxud 4,8 faiz çoxdur. İcmal büdcənin xərcləri 14652,8 mln. manat icra olunub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR